Media: Nyu Orlean şəhərində qanunsuz mühacirlərə qarşı reydlər başlayacaq

21.11.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 21 noyabr, AZƏRTAC

Şimali Karolina ştatının Şarlotta şəhərində qanunsuz mühacirlərə qarşı genişmiqyaslı reydləri başa çatdıran federal hakimiyyət orqanları yaxın vaxtlarda Luiziana ştatının Nyu-Orlean şəhərində də analoji fəaliyyətə başlayacaq.

AZƏRTAC xəbər verir ki, NBC telekanalı bu barədə ABŞ Milli Təhlükəsizlik Nazirliyindəki mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, artıq Nyu-Orlean şəhərində reydlərə hazırlıq prosesi gedir. Onların gələn həftənin sonunda başlayacağı bildirilir.

Qeyd edək ki, Şarlotta şəhəri avqust ayında ukraynalı qaçqın İrina Zarutskayanın qətlindən sonra federal hökumətin diqqət mərkəzinə düşüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью