Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qərb kəşfiyyat orqanları İranın uranı silah dərəcəsinə qədər zənginləşdirdiyinə və ya nüvə döyüş başlığı hazırladığına dair heç bir dəlil aşkar etməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə The New York Times qəzeti kəşfiyyat məlumatları ilə tanış mənbələrə istinadla yazıb. Bildirilib ki, bomba dərəcəli materialın istehsalı və ya real döyüş başlığının hazırlanması ilə bağlı fəaliyyət əlamətləri müşahidə olunmur.
Qəzetin məlumatına görə, ABŞ-ın qiymətləndirmələrinə əsasən, İran yeni nüvə obyekti inşa etməyib. İsrail və ABŞ kəşfiyyat qurumları hesab edir ki, 2025-ci ildə həyata keçirilmiş hərbi əməliyyatlar İranın nüvə proqramını altı ay – bir il geriyə salıb.
Eyni zamanda qeyd olunur ki, Pentaqonun rəsmi qiymətləndirmələri ABŞ Prezidenti Donald Trampın İranın nüvə potensialının tamamilə məhv edildiyi barədə açıqlamalarından fərqlənir və yalnız bu potensialın “əhəmiyyətli dərəcədə zəiflədiyini” göstərir.