Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Pekin, 12 iyul, AZƏRTAC
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Koreya Xalq Demokratik Respublikasına səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə KXDR-in rəsmi KCNA agentliyi məlumat yayıb.
Rusiyalı nazir heyəti ilə birlikdə iyulun 11-də gecə saatlarında Pxenyana çatıb.
Bildirilir ki, iyulun 13-dək davam edəcək səfər zamanı S.Lavrov şimali koreyalı həmkarı Çoe Son Huy və digər rəsmi şəxslərlə danışıqlar aparacaq.