Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
...Rus Pravoslav Kilsəsi, rus qoşunlarının əhval-ruhiyyəsini qaldırmaq üçün cəbhəyə gətirilən Dmitri Donskoyun qalıqlarının itirilməsini etiraf edib.
SİA xəbər verir ki, Divoqlyadın sözlərinə görə, Liman sektorunda geri çəkilmə zamanı işğalçılar döyüş meydanında qalıqların olduğu relikviyanı tərk ediblər.
Xatırladaq ki, sentyabr ayında Rus Pravoslav Kilsəsinin rəhbərliyi Şahzadə Dmitri Donskoyun sağ əlinin bir parçasını cəbhəyə göndərib. Qalıqlar rus qoşunlarını "mənəvi cəhətdən gücləndirmək" üçün nəzərdə tutulmuşdu.
Cəbhəyə göndərilməzdən əvvəl, relikviya ilə birlikdə Moskva küçələrində yürüş keçirilib.
Daha sonra, müvəqqəti işğal altında olan Donetskdə yerli əməkdaşlar və rus zabitləri İkinci Dünya Müharibəsi abidəsində dua mərasimi zamanı qalıqları ziyarət ediblər. Donetsk və Mariupol mitropoliti Vladimir rus qoşunları üçün "Tanrıdan kömək" diləyib.
Liman yaxınlığındakı başqa bir geri çəkilmə zamanı rus qoşunları döyüş meydanında Donskoyun qalıqlarının olduğu relikviyanı tərk ediblər.
Qeyd edək ki, bu, Rusiya qoşunlarının cəbhə xəttində müqəddəslərin qalıqlarını itirməsi ilə bağlı ilk hal deyil.
İyul ayında müvəqqəti işğal altında olan Donetsk bölgəsində dua mərasimi üçün daşıdıqları Aleksandr Nevskinin qalıqlarını itirdilər.
Əli Babayev