Media savadlılığı artırılmalıdır

19.06.2026

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


"Media haqqında" qanuna ediləcək dəyişikliklər zamanın tələbidir. Hesab edirəm ki, bu dəyişiklik müasir çağırışlara uyğundur.
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Sahib Alıyev deyib. Millət vəkili qeyd edib ki, ilk növbədə media savadlılığının artırılması vacibdir:
"Hesab edirəm ki, media savadlılığı artırılmalıdır. Düzdür, müəyyən mənada bu istiqamətdə işlər görülür və medai savadlılığının artırılması məqsədilə tədbirlər görülür. Lakin mövcud vəziyyət hesab edirəm ki, yetərli deyil".
Sahib Alıyev qeyd edib ki, bu gün jurnalist həm xəbər hazırlayır, həm onu çalışdığı xəbər portalına yerləşdirir, həm də bəzi hallarda çəkiliş həyata keçirir. Millət vəkilinin qənaətincə, bu da keyfiyyətli xəbər təqdim etmək imkanlarını azaldır.
Arzu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью