“Media Savadlılığı” Həftəsi başlayır

16.12.2024

Icma.az bildirir, Ayna portalına istinadən.

Tədbir dekabrın 16-22-də keçiriləcək

Azərbaycanda “Media Savadlılığı” Həftəsinə başlanılır. AYNA xəbər verir ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə dekabrın 16-22-də keçiriləcək həftə çərçivəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Həmçinin mediada və sosial şəbəkələrdə media kampaniyalarının icrası, podkastların yayımı, paytaxt Bakı şəhərində və regionlarda fərqli hədəf qruplarına yönələn təlimlərin, həmçinin vebinar və mediaturların təşkili, “ASAN Radio”da “Smart Media” layihəsinin icrası, media və kommunikasiya istiqamətini tədris edən akademik heyət üçün TOT proqramlarının keçirilməsi, ”medialiteracy.media.gov.az” platformasında onlayn kursun istifadəyə verilməsi və ənənəvi “Media Savadlılığı” Konfransının təşkili nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью