“Media Savadlılığı”: könüllülər üçün təlim keçildi

20.12.2024

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

16-22 dekabr tarixlərini əhatə edən “Media Savadlılığı” Həftəsi çərçivəsində könüllülər üzrə məsul şəxslər üçün “Media savadlılığı” mövzusunda təlim keçilib.

Futbolpress.az xəbər verir ki, Türkiyənin Radio və Televiziya Ali Şurasının Strateji inkişaf departamentinin rəhbəri Feyza Gizligider tərəfindən keçirilən təlimdə media savadlılığının əhəmiyyəti və onun cəmiyyətin inkişafında rolu barədə danışılıb, saxta xəbərlərin yayılmasının qarşısının alınması və rəqəmsal platformalarda informasiyanın düzgün təhlili məsələləri real nümunələrlə praktiki şəkildə izah olunub, iştirakçılarla ətraflı fikir mübadiləsi aparılıb.

Təlimin məqsədi iştirakçıların tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi, onlarda media savadlılığı ilə bağlı fərqindəliyin artırılması, dezinformasiyaya qarşı mübarizədə və rəqəmsal media mühitində məlumat təhlükəsizliyinin təminində onların potensialından istifadə olunmasıdır.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Əsas xəbərlər, MEDİA Futbolun kütləviləşməsi və inkişafı zəruri edən amillər

15 Dekabr 2024, 16:01

Əsas xəbərlər, MEDİA “Media Savadlılığı” həftəsi keçiriləcək

13 Dekabr 2024, 16:15

Əsas xəbərlər, MEDİA MEDİA onlayn media üçün müsabiqə elan etdi

25 Noyabr 2024, 12:21

Əsas xəbərlər, MEDİA, Ölkə futbolu MEDİA “Qarabağ”ın qonağı oldu – FOTO

31 Oktyabr 2024, 17:08

Əsas xəbərlər, MEDİA MEDİA jurnalistlər üçün müsabiqə elan etdi

29 Oktyabr 2024, 12:45

Əsas xəbərlər, MEDİA, Ölkə futbolu, Ümumi “Bu, bölgədə futbolun kütləviləşməsinə böyük fayda verdi”

6 Oktyabr 2024, 22:17

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью