Media: Seul ABŞ dən zənginləşdirilmiş urana çıxış əldə etmək istəyir

16.09.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 16 sentyabr, AZƏRTAC

Cənubi Koreya hərbi məqsədlər üçün istifadə oluna bilən zənginləşdirilmiş urana çıxış əldə etmək istəyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Şimali Koreyanın beynəlxalq təhlükəsizlik üzrə analitiki Çoe Cu-hyonun Koreya Mərkəzi Xəbər Agentliyində yayımlanan məqaləsində bildirilib.

Məqalədə qeyd olunur ki, Seul ABŞ ilə nüvə enerjisi sahəsində əməkdaşlıq barədə razılaşmaya dəyişiklik edərək nüvə yanacağı üçün zənginləşdirilmiş uranın tədarükünə və uranın zənginləşdirilməsi hüququna nail olmağa çalışır.

Çoe Cu-hyon bu təşəbbüsü Cənubi Koreyanın nüvə sualtı qayığı hazırlamaq planları ilə əlaqələndirib.

Şimali Koreya bu prosesi ABŞ-nin qeyri-nüvə müttəfiqlərinə hərbi nüvə texnologiyalarının ötürülməsinin genişlənməsi kimi qiymətləndirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью