Media: Şimali Koreya qısamənzilli ballistik raket buraxıb

20.09.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Pekin, 20 sentyabr, AZƏRTAC

Koreya Xalq Demokratik Respublikası (KXDR) sentyabrın 20-də səhər saatlarında şərq istiqamətində qısamənzilli ballistik raket buraxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin baş qərargahına istinadla məlumat yayıb. Raketin yerli vaxtla saat 15:00 radələrində buraxıldığı, təxminən 450 kilometr uçduğu bildirilir.

Raket buraxılışı KXDR-in ABŞ, Cənubi Koreya və Yaponiyanın Koreya yarımadası yaxınlığında keçirdiyi üçtərəfli hərbi təlimlərə lazımi cavab veriləcəyi ilə bağlı bəyanatından sonraya təsadüf edir.

Qeyd edək ki, KXDR sentyabrın 12-də də bir neçə qısamənzilli ballistik raket buraxılışı həyata keçirib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью