Media: Şimali Koreyada prezident vəzifəsi bərpa edilə bilər

04.02.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pekin, 4 fevral, AZƏRTAC

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In üçün prezident vəzifəsi bərpa edilə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi Şimali Koreya gündəmini izləyən “38 North” adlı ABŞ saytına istinadla xəbər yayıb.

“38 North” Koreya Fəhlə Partiyasının qarşıdan gələn 9-cu qurultayı və onun ardınca parlament iclasında Kim Çen Inın prezident titulundan istifadə edə biləcəyini yazır. İnternet nəşrinin dərc etdiyi hesabatda qeyd olunur ki, Şimali Koreyada Kim Çen Inı 2024-cü ilin sentyabrından bəri "dövlət başçısı" adlandırırlar.

Qeyd edək ki, "KXDR Prezidenti" titulundan Kim Çen Inın babası Kim İr Sen 1972-ci ildən vəfat etdiyi 1994-cü ilədək istifadə edib. 1972-ci ildə qəbul edilmiş konstitusiyada “KXDR prezidenti dövlət başçısıdır və KXDR-in milli suverenliyini təmsil edir" deyilir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью