Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qahirə, 28 sentyabr, AZƏRTAC
Son 3 gündə baş verən toqquşmalar nəticəsində Yəmənin cənub-qərbinə nəzarət edən husilərin arasında itkilərin artdığı bildirilir. Yəmənin hökumət qüvvələrinə yaxın mənbələrin məlumatına görə, husilər arasında ölən və yaralananların sayı 2316-ya çatıb.
AZƏRTAC “əl-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, hökumət qüvvələri husilərə qarşı son günlər 706 əməliyyat həyata keçiriblər. Əməliyyatlara ağır texnika, döyüş təyyarələri və müxtəlif növ pilotsuz uçuş aparatları (PUA) cəlb edilib.
Medianın məlumatına görə, tərəflər arasında şiddətli döyüşlər, əsasən, Ləhc, Taiz, Mərəb istiqamətlərində baş verib. Əməliyyatlar nəticəsində husilərin zirehli maşınlarının, istehkamlarının, raketatan qurğularının və silah anbarlarının dağıdıldığı bildirilir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə