Media: Tehran və Vaşinqton yaxın günlərdə danışıqları bərpa edə bilər

02.02.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 fevral, AZƏRTAC

Tehran və Vaşinqton İranın nüvə proqramı ilə bağlı böhranın həllinə dair danışıqları yaxın günlərdə bərpa edə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Tasnim” informasiya agentliyi mənbələrə istinadla məlumat yayıb.

Agentlik bildirib ki, danışıqların dəqiq vaxtı və yeri hələ müəyyən edilməyib. Lakin İranın xarici işlər naziri Abbas Araqçı və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffun görüşdə iştirak etməsi ehtimalı yüksəkdir.

“Fars” agentliyinin məlumatına görə isə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi Tehran və Vaşinqton arasında danışıqların yaxın bir neçə gün ərzində Türkiyədə keçiriləcəyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью