Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 25 aprel, AZƏRTAC ABŞ Prezidenti Donald Trampın administrasiyası Səudiyyə Ərəbistanına dəyəri 100 milyard dollardan çox olan Amerika silahlarının satışı ilə bağlı müqavilə təklif etməyi planlaşdırır.AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadla məlumat yayıb.Məlumat görə, bu açıqlama Trampın 2025-ci ilin mayında krallığa planlaşdırılan səfəri zamanı elan ediləcək.
Agentliyin qeyd etdiyi kimi, Cozef Baydenin başçılıq etdiyi əvvəlki ABŞ administrasiyası krallıq və İsrail arasında münasibətlərin normallaşdırılmasına dair sazişin bir hissəsi olması nəzərdə tutulan Səudiyyə Ərəbistanı ilə razılaşmanı heç vaxt yekunlaşdıra bilməyib.Xüsusilə, Trampın sələfi krallığın Çindən silah almaqdan çəkinməsi və Pekinin ölkəyə əlavə sərmayə qoymasına qadağa qoyması müqabilində Səudiyyə Ərəbistanına ABŞ-ın qabaqcıl silah sistemlərinə geniş çıxış təklif edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.