Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 24 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın amerikalılar arasında populyarlıq reytinqi 40 faiz təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “CBS News” telekanalının keçirdiyi sosioloji rəy sorğusunun nəticələrində öz əksini tapıb. Respondentlərin dövlət başçısının fəaliyyətindən ən böyük narazılığı ərzaq qiymətlərinin artması ilə bağlı olub. Belə ki, rəyi soruşulan vətəndaşların 65 faizi Donald Trampın fəaliyyətini bahalıqla əlaqələndirib. Sorğu iştirakçılarının yalnız 36 faizi Vaşinqton administrasiyasının ölkənin iqtisadi problemlərinin öhdəsindən gəldiyinə inanır, 45 faizi isə prezidentin mühacirlərin deportasiyası ilə bağlı addımlarını bəyənir.
Noyabrın 19-dan 21-dək keçirilən sorğuda təxminən 2 min 500 amerikalı iştirak edib.
Qeyd edək ki, “Wall Street Journal” qəzetinin iyul ayında keçirdiyi analoji tədqiqatda Donald Trampın dəstək reytinqi 46 faiz idi.