Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 2 fevral, AZƏRTAC
Prezident Donald Tramp tərəfindən 2025-ci ildə tətbiq edilən gömrük rüsumları ABŞ-a 287 milyard dollar gəlir qazandırıb.
AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, bu nəticə 2024-cü ildə qeydə alınan göstəricidən üç dəfə çoxdur. Lakin qəzet qeyd edir ki, həmin rəqəm gəlir vergilərindən toplanan illik 2 trilyon dollardan çox məbləğlə müqayisədə hələ də azdır.
Bundan əlavə, Tramp administrasiyasının iddialarının əksinə olaraq, tarif pullarını hökumətə xarici firmalar deyil, Amerika şirkətləri ödəyib.
Trampın azaltmağı vəd etdiyi ticarət kəsiri ilin əvvəlində yenidən artmağa başlayıb. Yanvar-noyabr ayları arasında müvafiq göstərici 2024-cü illə müqayisədə 4 faizdən çox yüksəlib.