Media: Tusk Seymdə hökumətə etimadsızlıq votumu məsələsini qaldıracaq

02.06.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 2 iyun, AZƏRTAC

Polşanın Baş naziri Donald Tusk bu həftə öz kabinetinə etimadsızlıq votumunu Seymə (parlamentin aşağı palatası) təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, Onet portalı bu barədə hökumət başçısına yaxın mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, Tuskun təşəbbüsünün əsas məqsədi növbədənkənar parlament seçkilərinin elanı ilə bağlı bütün şayiələri dayandırmaqdır.

Nazirlər Kabinetinə etimadsızlıq səsverməsi Donald Tuskun “Vətəndaş Koalisiyası” partiyasının əsas rəqibi müxalif “Hüquq və Ədalət” partiyasının maraqlarını təmsil edən Karol Navrotskinin prezident seçkilərində qalib gəlməsindən sonra aktuallaşıb.

Hələ Navrotskinin qələbəsindən əvvəl Donald Tusk prezident seçkilərindən sonra nazirliklərin sayını azaltmaqla hökuməti yenidən təşkil edəcəyini açıqlamışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью