Media üçün yeni gömrük qaydaları hazırlanacaq

04.08.2026

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Media (audiovizual, çap, onlayn media, informasiya agentlikləri) məqsədləri üçün materialların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydaları hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin Gömrük Məcəlləsinə dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti 7 ay müddətində media (audiovizual, çap, onlayn media, informasiya agentlikləri) məqsədləri üçün materialların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydalarını hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью