Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff Osloda Vladimir Zelenski, Ukrayna və Aİ nümayəndə heyətləri ilə danışıqlardan sonra görüş zamanı ələd olunmuş yeni ideyaları Vladimir Putinə çatdırmağa ümid edir.
Bu barədə “Axios” adı çəkilməyən ABŞ rəsmisinə istinadən məlumat verib: “Oslodan sonra Uitkoff Rusiyaya getməyi planlaşdırır, orada Prezident Putinlə görüşməyə, Ukrayna və Avropa tərəfdaşları ilə sıx məsləhətləşmələr nəticəsində hazırlanmış ideyaları təqdim etməyə ümid edir”.
Məlumata görə ABŞ prezidentinin xüsusi nümayəndəsi çərşənbə axşamı Osloda Vladimir Zelenski ilə görüşəcək. Danışıqlara Avropa İttifaqı, NATO, E4 ölkələrinin nümayəndələri və Norveçin Baş naziri Yonas Qar Störe də qoşulacaq.
XQ