Media və Yayım Şurasının İDARƏETMƏ STRUKTURU bəlli oldu

16.06.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Media və Yayım Şurasının sədri və üzvləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcəklər.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanunda dəyişiklik edilməsi barədə Qanun layihəsində əks olunub.
 

MÖVZU İLƏ BAĞLI:
Media və Yayım Şurasına hansı hüquqlar veriləcək? – SİYAHI


Layihəyə əsasən, Şuranın üzvləri öz aralarından sadə səs çoxluğu ilə 2 (iki) sədr müavini seçəcəklər.
Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
Şuranın qərarı qəbul edilərkən səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici hesab edilir.
Şuranın sədri müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Şuranın Aparatının strukturunu, ştat cədvəlini, ayrılmış büdcə təxsisatı daxilində onların gəlir və xərclər smetasını təsdiq edəcək, Şura aparatının struktur bölmələrinin əsasnamələrini təsdiq edəcək, Şura aparatının işçilərini vəzifəyə təyin  və vəzifədən azad edəcək, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görəcək.
Həmçinin, Şuranın sədri öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə həvalə edə biləcək.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью