Media: Zelenski və Trampın NATO sammitində görüşü planlaşdırılır

24.06.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 24 iyun, AZƏRTAC

Volodimir Zelenski və Donald Tramp NATO-nun iyunun 25-də Haaqada keçiriləcək sammitində görüşməyi planlaşdırırlar.

AZƏRTAC xəbər verir ki, “France-Presse” agentliyi bu barədə Ukrayna prezidentinin ofisindəki yüksəkvəzifəli mənbəyinə istinadla məlumat yayıb.

Məlumata görə, Ukrayna və ABŞ dövlət başçılarının görüşü iyunun 25-də günortadan sonra baş tutacaq. Danışıqlarda Rusiyaya qarşı sanksiyalar və Kiyevə silah tədarükü məsələləri müzakirə olunacaq.

Bir müddət öncə, “The Times” qəzeti adı açıqlanmayan diplomata istinadla yazıb ki, NATO sammiti Donald Trampın “məhdud diqqət dairəsi” nəzərə alınmaqla təşkil olunacaq. Məqalədə tədbir təşkilatçılarının ABŞ Prezidentinin vaxtından əvvəl tərk etdiyi G7 sammitindən dərs almalı olduqları vurğulanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью