Mediamız beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb | Icma.az
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. “Azərbaycan mətbuatı 150 illik yubileyini təntənə ilə qeyd edir.
Artıq qalib, bütövləşən, yeni Azərbaycanın mediasından bəhs edirik.
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərin, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpasının müjdəçisi olmaq mətbuatımız üçün ən böyük qürurdur.
Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirdi.
Dövlətimizin başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı.
MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
Yeni reallıqlar fonunda qəbul edilən “Media haqqında” Qanunun məqsədi də ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır”.
Tam oxu
Xəbəri oxu