Mediamız qlobal informasiya məkanının ayrılmaz tərkib hissəsinə çevrilib Şahin İsmayılov |…
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Zəngin tarixi ənənələrə malik Azərbaycan mətbuatı çətin, lakin şərəfli inkişaf yolu keçib.
1875-ci ildə Həsən bəy Zərdabinin redaktorluğu ilə “Əkinçi” qəzetinin nəşrə başlaması ilə əsası qoyulan milli mətbuatımız uzun illər ərzində maarifçilik ideyalarının yayılmasında, ictimai şüurun formalaşmasında mühüm rol oynayıb.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov qeyd edib.
Müstəqillik dövründə ölkəmizdə medianın inkişafı istiqamətində görülən işlərdən bəhs edən komitə sədri bildirib ki, Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı.
Ulu Öndər ölkənin müharibə şəraitində olmasına baxmayaraq, ilk olaraq hərbi senzuranı, 1998-ci ildə isə media üzərində dövlət senzurasını ləğv etdi.
Bu addımlar media mühitində şəffaflıq mühitinin bərqərar olmasını təmin etdi.
“Jurnalistlərin dostu olan Ulu Öndər Heydər Əliyevin mətbuata göstərdiyi xüsusi diqqət nəticəsində media nümayəndələrinin azad və təhlükəsiz fəaliyyəti üçün bütün lazımi işlər həyata keçirildi, onların sosial rifahı və peşəkar inkişafı istiqamətində dövlət dəstəyi gücləndirildi.
Tam oxu
Xəbəri oxu