Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Medianın İnkişafı Agentliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.