Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər FOTOLAR Yeni Gündəm

12.12.2024

Yenigundem saytına istinadən Icma.az xəbər verir.

Dekabrın 12-də Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabana gələrək, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

   
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью