MEDİAnın və Audiovizual Şuranın nümayəndələri Ümummilli Liderin məzarını ziyarət ediblər AZƏRTAC

12.12.2024

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 12 dekabr, AZƏRTAC

Dekabrın 12-də Medianın İnkişafı Agentliyinin (MEDİA) və Audiovizual Şuranın rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabana gələrək, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.

Bu barədə AZƏRTAC-a MEDİA-dan məlumat verilib.

Bildirilib ki, kollektiv tərəfindən, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью