Mediatorların sertifikatının qüvvədə olma müddəti müəyyənləşir

22.04.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mediasiya haqqında” haqqında qanuna təklif edilən dəyişiklikdə əksin tapıb.

Layihəyə əsasən, mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti 5 il müəyyən ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью