Mediatorluğa namizədin yekun imtahanı keçirilib

25.11.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

25 noyabr 2026-cı il tarixində mediasiya təlim qurumu olan Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında "Mediatorların ilkin hazırlıq kursu"nu başa vuran 21 nəfər mediatorluğa namizədin yekun imtahanı keçirilib. 

Mediasiya Şurasından Bakıvaxtı.az-a bildirilib ki, imtahanda “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı Təlim Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, İmtahan Komissiyası tərəfindən mediasiya ilə bağlı namizədlərin nəzəri və təcrübi bilikləri yoxlanılıb. 

Qeyd edək ki, imtahanda Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin baş məsləhətçisi Natavan Nəbiyeva, Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova və müstəqil ekspert üzvü, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyalarının İttifaqının nümayəndəsi Kəramət Əliyev namizədlərin bilik və bacarıqlarını yoxlayıb.

İmtahanda iştirak edən 21 nəfər mediatorluğa namizəd məqbul qiymətləndirilib. Onların arasında "Unikal"ın redaktoru Orxan Rasifoğlu da var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью