Mediaturların təşkili davam etdiriləcək TƏBİB

28.12.2024

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İl ərzində Yeni Klinikaya, Lənkəran, Qəbələ rayon mərkəzi xəstəxanalarına, Sumqayıt Tibb Mərkəzinə mediatur təşkil edilib. 2025-ci ildə də bu fəaliyyətlərimiz davam etdiriləcək”.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova jurnalistər üçün keçirilən təlimdə deyib.

O qeyd edib ki, məlumatların açıq, şəffaf şəkildə paylaşılmasında qurumun veb-saytı önəmli rol oynayır: “TƏBİB-in rəsmi veb-saytının funksionallığının artırılması istiqamətində bir sıra işlər görülüb. Tibb işçilərinin və vətəndaşların işə qəbul prosesinin optimallaşdırılması məqsədilə Karyera portalı istifadəyə verilib. Tabeli tibb müəssisələrinin vahid saytının yaradılması prosesinə başlanılıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью