futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA Çempionlar Liqasında VII turun oyunlarından sonra bəzi statistik göstəricilər açıqlanıb.
Futbolpress.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Kevin Medina ən çox top qazanan oyunçulardandır. Kolumbiyalı futbolçu 7 oyunda 52 dəfə top “oğurlayıb”. O, bu göstəricidə beşinci sıradadır.
Birinci pillədə 68 top qazanma ilə Bilbao “Atletik”inin müdafiəçisi Aytor Paredes qərarlaşıb.