Medinanın cəzası bilindi

19.02.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Kevin Medinanı cəzalandırıb.

QOL.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.

Misli Premyer Liqasının 23-cü turunda "Neftçi" ilə matçın 22-ci dəqiqəsində Medina ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almışdı. Ona görə də 31 yaşlı müdafiəçi 2 oyunluq cəzalandırılıb.

“Qarabağ” isə 1500 manat cərimə edilib.

Qeyd edək ki, sözügedən matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью