Mədinə 300, bacısı isə 285 bal topladı FOTO

06.06.2025

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələrinə əsasən 9 şagird maksimal olan 300 bal toplayıb.

Redaktor.az xəbər verir ki, onlardan biri də Bakı şəhəri 214 saylı tam orta məktəbin şagirdi Mədinə Əsgərovadır.

"Məktəbimizin 9-cu sinif şagirdi Əsgərova Mədinə 27 aprel tarixində buraxılış imtahanında maksimum – 300 bal toplayaraq Bakı şəhəri üzrə bu nəticəni əldə edən 3 nəfərdən biri olub!

Eyni zamanda bacısı Əsgərova Xalidə isə 285 bal toplayaraq ailəvi uğur hekayəsinə imza atıb!

Əziz, şagirdlərimiz, uğurlarınız bol, yolunuz açıq olsun!", - deyə məktəbin açıqlamasında deyilir.

Qeyd edək ki, 214 saylı məktəbin 66 şagirdi 200-dən yuxarı bal toplayıb.

Turan İSMAYIL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью