Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Mədinə bölgəsində qanadlı raket ələ keçirilərək məhv edilib”.
525.az xəbər verir ki, bu barədə Yəməndə legitimliyin bərpası üzrə Koalisiyanın rəsmi nümayəndəsi Turki Əl-Maliki deyib.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi isə Nəcran və Cizan şəhərləri üçün daha əvvəl verilmiş xəbərdarlıqları ləğv edib. Qurum sosial media hesabında təhlükənin artıq sovuşduğunu bildirib.
Bununla belə, Daxili İşlər Nazirliyinin ələ keçirilmiş pilotsuz uçuş aparatlarının və raketlərin düşdüyü ərazilərlə bağlı görüntülərin çəkilməsi, yayımlanması və ya məlumatların paylaşılması ilə bağlı qadağa xarakterli xəbərdarlığı bir daha xatırladılıb.
Qeyd edək ki, Əl-Maliki cümə axşamı səhər saatlarında Şərq bölgəsində bir pilotsuz uçuş aparatının (PUA) ələ keçirilərək məhv edildiyini açıqlayıb.
Pərvanə Sultanova