Mədinə Sadıqova Avropa karate finalında

22.05.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın Frankfurt şəhərində keçirilən karate üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycan idmançısı Mədinə Sadıqova uğurlu çıxışı ilə finala yüksəlib.

Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan xanım karateçimiz yarımfinal görüşündə İtaliya təmsilçisi Viola Lalloya 8:4 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb.

Beləliklə, Mədinə Sadıqova Avropa çempionatının qızıl medalı uğrunda mübarizə aparacaq.

Qabil YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью