Medinski açıqladı: İstanbul danışıqlarında bu təklifimizi Ukrayna qəbul etdi

24.07.2025

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Moskva və Kiyevin mövqeləri bir-birindən olduqca uzaqdır.

Hurriyyet.az xəbər verir ki, bunu İstanbul danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Rusiya-Ukrayna müzakirələrinin 3-cü raundu ilə bağlı danışarkən deyib.

O, aradakı mövqe fərqliliklərinə baxmayaraq, tərəflərin təmasları davam etdirməyə razılaşdığını bildirib.

"Rusiya Ukraynaya danışıqlar zamanı onlayn rejimdə işləyəcək üç işçi qrupu yaratmağı təklif edib. Qruplar danışıqlar prosesinin hərbi, siyasi və humanitar komponentlərinə cavabdeh olacaqlar. Ukrayna bu təklifə baxmağa razılaşıb", - Medinski bildirib.

Qeyd edək ki, iyulun 23-də İstanbulda Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu baş tutub.

Bakupost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью