Medinski Əbu Dabidə danışıqlarının yekunlarını şərh edib

11.11.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

“Rusiya və Ukrayna Əbu-Dabidə keçirilən danışıqlar zamanı genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər”. 

525.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi, danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.

O, danışıqlar zamanı humanitar məsələlərin müzakirə olunduğunu vurğulayıb: 

“Biz yeni genişmiqyaslı əsir mübadiləsi ilə bağlı prinsipial razılığa gəlmişik. Mübadilənin konkret parametrləri yaxın vaxtlarda açıqlanacaq”.

O deyib ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner səmimi və effektiv insanlardır: 

“Amerika tərəfi danışıqların fəal iştirakçılarından biri olub. Burada şəxsiyyətin tarixdəki rolu mühüm əhəmiyyət daşıyır. Prezident Trampın nümayəndələri, şübhəsiz ki, səmimi və effektiv insanlardır. Ən əsası isə onlar boş söhbətlərə deyil, nəticə əldə etməyə kökləniblər. Buna görə də onların rolunu müsbət qiymətləndiririk”, - Medinski əlavə edib.

Onun sözlərinə görə, Ukrayna ətrafında baş verən münaqişə Avropada təhlükəsizlik sisteminin çox zəif işlədiyini, əslində, “bütün orqanizmin xəstə olduğunu” göstərib. 

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью