Medinski: Trampın Ukraynadakı münaqişənin həlli planı dərsliklərə salınacaq

22.04.2025

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli planı yeni tarixi hadisələr nəzərə alınmaqla növbəti nəşrlər hazırlanarkən Rusiyanın vahid tarix dərsliklərində öz əksini tapacaq.

Bu barədə TASS-a dərsliklərin müəlliflərindən biri, Rusiya Hərbi Tarix Cəmiyyətinin sədri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib və qeyd edib ki, Tramp “mütləq tarixə düşüb”.

"Amerikanın yeni administrasiyasının Ukraynadakı münaqişəni əsaslı şəkildə həll etmək üçün göstərdiyi qeyri-adi səylər və ümumiyyətlə, Amerikanın daxili siyasətindəki heyrətamiz dəyişikliklər, indi müşahidə etdiyimiz kimi, onlar, şübhəsiz ki, növbəti nəşr hazırlananda həm Rusiya tarixi, həm də dünya tarixi dərsliyinin səhifələrinə düşəcəklər. Burada Trampın mütləq tarix yazdığını deyə bilərik”, - deyə o bildirib.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью