Medinsky: “İstanbuldakı nümayəndə heyəti həll yolları tapmaqda qərarlıdır”

15.05.2025

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Rusiya prezidentinin köməkçisi Vladimir Medinski İstanbuldakı Rusiya nümayəndə heyətinin  Ukrayna ilə bağlı mümkün həll yollarını və təmas nöqtələrini tapmaqda qərarlı olduğunu  bildirib. 
Medinski bəyan edib ki, Ukrayna üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin vəzifələri uzunmüddətli sülhün bərqərar olması və böhranın səbəblərini aradan qaldırmaqdır. 
Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti danışıqlar aparmaq üçün lazımi səlahiyyətlərə malikdir.
Əfsanə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью