Meditasiya insanı müdrikləşdirir?

23.11.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İllərlə dua etmək, meditasiya ilə məşğul olmaq və özünü müşahidə etmək heç də insanın müdrikliyə yiyələnəcəyinə zəmanət vermir. Mənəvi intizam yalnız müəyyən şərtlər daxilində insanın davranışlarında özünü göstərir. Eyni zamanda, hər sakit qərarı müdriklik nümunəsi hesab etmək olmaz.
Bizim.Media xəbər verir ki, bu qənaət Tayvanın Çenq Kunq Milli Universitetinin aliminin “Frontiers in Psychology” jurnalında dərc olunan elmi araşdırmasında yer alıb.
 

Araşdırma müəllifi dini-mənəvi özünü təkmilləşdirməni üç mərhələyə bölüb. Bunlara dua, meditasiya və müqəddəs mətnlərin oxunması kimi praktiki məşğələlər, həmin fəaliyyətlər nəticəsində formalaşa biləcək bilik, vərdiş, özünənəzarət və etik prinsiplər, eləcə də bu resursların konkret həyat şəraitində tətbiqi daxildir.


Alimə görə, insanın davranışını iki əsas meyar əsasında qiymətləndirmək lazımdır. Birinci meyar – tətbiqolunma qabiliyyəti insanın konkret vəziyyətin tələblərinə nə dərəcədə cavab verdiyini, ikinci meyar – əsaslandırılma isə seçilmiş qərarın alternativlər, digər insanların maraqları və mümkün zərərlər nəzərə alınmaqla nə dərəcədə düzgün olduğunu müəyyənləşdirir.
Müdriklik təkcə sakit qalmaq deyil
Tədqiqatda bu fərqi izah etmək üçün iki hipotetik hadisə nümunə göstərilib.
Birinci hadisədə Tayvanın Tyan Di Ciao dini hərəkatının üzvü axşam saatlarında sakit oturaraq mənəvi məşğuliyyətlə vaxt keçirir. Bu zaman yaşlı qohumu təcili köməyə ehtiyac duyduğu üçün onun məşğuliyyəti yarımçıq qalır. Qəhrəman qəzəbini cilovlayır, hörmət və ədalət prinsiplərini xatırlayaraq qohumuna kömək edir. Bununla yanaşı, ailəyə yaşlı şəxsin gələcək qayğısının necə bölüşdürüləcəyini müzakirə etməyi təklif edir.
Araşdırma müəllifi bu davranışı qismən müdrik hesab edir. Çünki təcili yardım göstərmək düzgün qərardır. Lakin yaşlı şəxsin gələcək qayğısı ilə bağlı məsələ yalnız bir günlük yardımla həll olunmur və əlavə müzakirə tələb edir.
 

İkinci nümunədə isə könüllülərin fəaliyyətini əlaqələndirən buddist bir şəxs həmkarının ictimai şəkildə yalan ittihama məruz qalması ilə üzləşir. Sənədlər həmkarının günahsız olduğunu sübut etsə də, ona qarşı cəza tədbirinin görülməsi gözlənilir.


Meditasiya sayəsində qəzəbini cilovlayan qəhrəman məsələni özəl qaydada yenidən araşdırmağı təklif edir. Lakin ittiham irəli sürən şəxsi incitməmək üçün həqiqəti dərhal ictimaiyyətə açıqlamağa tələsmir.
Alimin fikrincə, bu davranışı müdriklik hesab etmək olmaz. Çünki əsassız ittihama məruz qalan şəxsin haqsız cəzalandırılması təhlükəsi var. Bu vəziyyətdə sakitliyi qorumaq və qəzəbi cilovlamaq kifayət etmir. Ədalətin vaxtında təmin olunması da vacibdir.
Tədqiqat müəllifi modelin mahiyyətini belə ifadə edib:
“Mənəvi məşğuliyyəti davam etdirmək naminə imkan daxilində kömək göstərməkdən sakit şəkildə imtina etmək, yalnız özünənəzarət sayəsində müdrikliyə çevrilmir”.
Qeyd edək ki, insanı inancın daha yaxşı şəxsiyyətə çevirib-çevirməməsi məsələsi din psixologiyasında uzun müddətdir araşdırılır. Tədqiqatlar göstərir ki, dindarlıq çoxşaxəli anlayışdır və müxtəlif mədəniyyətlərdə fərqli formalarda təzahür edir. Çətinliklərin öhdəsindən gəlməklə bağlı araşdırmalar isə inancın problemlərlə mübarizədə insana kömək etdiyini göstərsə də, onun qəbul etdiyi qərarların ədalətli olacağına zəmanət vermədiyini ortaya qoyur.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью