Mediya əlaqələri Türk Dünyasını daha güclü edər | Icma.az
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İzmirdə çalışan həmkarlarımla – jurnalistlərlə görüşmək qərarım bu dəfə də onların həyat və ya­radıcılığı ilə tanış olmaq, Azərbaycan haqqında fikirlərini öyrənmək baxımından maraqlı oldu.
Uzun illərdir ki, tanıdığım və İzmirin məşhur xəstəxanalarında rəhbər vəzifələrdə çalışan həkim dostum Zəki Hozərin dəvəti ilə “Gözləm” və “Yeni gün” qəzetlərini ziyarətim olduqca maraqlı təəsürat yaratdığı kimi, həm də Türkiyə mətbuat haqqında fikirlərimə yeni qatqıları ilə yadımda qaldı.
Qeyd edim ki, İzmirdə 10-dan çox qəzet nəşr edilir. Burada 100-dən çox yaşı olan “Yeni əsr” də, həyata yeni qədəm qoyan 3-5 yaşlı qəzetlər d
“Yeni Gün” qəzeti isə gənc olmasa da, yaşlılar sırasına da aid edilmir.
Müsahibim qəzetin imtiyaz sahibi Məsud Şimşək bu barədə deyir: - İzmir mərkəzli olaraq Egey bölgəsində fəaliyyət göstərən “Yeni Gün” qəzeti 2005-ci ildə tarix səhnəsinə çıxıb.
İzmirin məşhur jurnalistlərindən Hamdi Türkmən bu köklü qəzetin qurucularındandır.
Hamdi Türkmən İzmir mətbuatının önəmli və hörmətli jurnalistlərindən biri olmaqla həm peşəkar həyatı, həm də cəmiyyətə verdiyi töhfələrlə İzmirin tanınmış simalarından olmuşdur.
Tam oxu
Xəbəri oxu