Medvedçuk: “Zelenski Ukraynanın siyasi təməllərini sarsıdıb”

20.11.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Digər Ukrayna" hərəkatının rəhbəri, Ukraynada fəaliyyəti qadağan olunmuş "Həyat naminə Müxalif Platforma" partiyasının keçmiş lideri Viktor Medvedçuk Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkənin daxili siyasi sistemini dağıtdığını iddia edib.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Medvedçuk bu barədə hərəkatın rəsmi saytında dərc olunan məqaləsində yazıb.

O bildirib ki, Zelenski hakimiyyətə gəldikdən sonra Ukraynanın 1991-ci ildən formalaşan daxili siyasi təməllərini sarsıdıb.

Onun sözlərinə görə, ölkənin siyasi həyatında rusdilli cənub-şərq bölgələrinin seçici mövqeyi həlledici rol oynayıb və məhz bu sistem 2019-cu ildə Zelenskinin prezident seçilməsinə şərait yaradıb.

Medvedçuk iddia edib ki, rusdilli siyasətçilərə, mediaya, əhaliyə və Ukrayna Pravoslav Kilsəsinə qarşı təzyiqlər nəticəsində Zelenski özünün əsas seçici bazasını itirib.

O, həmçinin hesab edir ki, bu siyasət ölkəni əvvəlki siyasi sistemindən məhrum edib.

Siyasətçinin fikrincə, Zelenskinin Rusiya ilə münasibətləri kəsməsi və anti-Rusiya siyasəti yürütməsi Ukraynanın dinc iqtisadi inkişaf perspektivlərinə ciddi zərbə vurub.

Medvedçuk əlavə edib ki, Ukrayna hazırda iqtisadiyyatını bərpa etmək üçün aydın strategiyaya malik deyil və xarici maliyyə dəstəyindən asılı vəziyyətdədir.

O, Qərbdən alınan vəsaitlərin borc olduğunu xatırladaraq, gələcəkdə bu borcların qaytarılmasının ciddi problemə çevriləcəyini iddia edib.

Siyasətçi Ukraynanın mövcud vəziyyətini Zelenskinin siyasətinin nəticəsi kimi qiymətləndirərək, ölkənin uzunmüddətli müharibə və iqtisadi tənəzzül riski ilə üzləşdiyini vurğulayıb.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью