Medvedev azarkeşi topla vurdu, diskvalifikasiya edildi Cokoviç finalda VİDEO

05.10.2026

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Çin Açıq tennis turnirinin yarımfinalında Daniil Medvedevlə Novak Cokoviç arasında keçirilən görüş gözlənilmədən yarımçıq başa çatıb.
Apasport.az xəbər verir ki, Medvedev oyunun ikinci setində xal başa çatdıqdan sonra topu tribunaya doğru vurub.
Top ön sırada əyləşən azarkeşin göz nahiyəsinə dəyib.
Tamaşaçı arena əməkdaşlarının köməyi ilə tribunadan çıxarılıb.
Hadisədən sonra hakimlər rusiyalı tennisçini diskvalifikasiya ediblər.
Həmin vaxt Cokoviç 7:5, 5:3 hesabı ilə öndə olub.
Beləliklə, serbiyalı tennisçi finala yüksəlib. O, həlledici görüşdə avstraliyalı Aleks de Minaurla qarşılaşacaq.

Rocer Federer Tennis Şöhrət Zalına daxil edilib Sinner tarix yazdı - Uimbldonda ardıcıl ikinci çempionluq Tennis yığmamız “Davis Cup” üçün Moldovaya yola düşüb Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib Bakıda keçirilən beynəlxalq tennis yarışının qalibləri bəlli olub
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью