Medvedev bu təşkilatı Moskvanın düşməni elan etdi

03.12.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev NATO-nu Moskvanın düşməni elan edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə X sosial media hesabında paylaşım edib.

Medvedev yazıb ki, Şimali Atlantika Alyansı Rusiya-NATO Şurasının fəaliyyətini dayandırdığını sevinclə açıqlayıb və bu sevincdə Alyansı dəstəklədiyini vurğulayıb. O əlavə edib:

“NATO bizim düşmənimizdir. Biz hansı ‘şuradan’ danışırıq? Düşmənlə mübarizənin bir yolu var. Maksim Qorkinin dediyi kimi: “Düşmən təslim olmasa, məhv olar”.”

Tahir Turan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью