Medvedev diskvalifikasiya olundu Bu hərəkətinə görə (Video)

06.10.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyalı tennisçi Daniil Medvedev Pekində keçirilən turnirin yarımfinal qarşılaşmasında yaşanan insidentdən sonra yarışdan kənarlaşdırılıb.

Milli.Az xəbər verir ki, hadisə Novak Cokoviçə qarşı matçın ikinci setində baş verib. Qarşılaşma zamanı əsəbiləşən Medvedev topa güclü zərbə vuraraq onu tribunaya göndərib. Top azarkeşlərdən birinin üzünə dəyib.

İnsidentdən sonra xəsarət alan tamaşaçıya tibbi yardım göstərilməsi üçün ərazidən aparılıb.

Qaydaları pozan hərəkətə görə hakim Daniil Medvedev barədə diskvalifikasiya qərarı verib. Beləliklə, rusiyalı tennisçi yarımfinal görüşünü başa çatdıra bilməyərək turnirlə vidalaşıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью