Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Rusiya ilə mövcud əlaqələrin kəsilməsi qaçılmaz olaraq adi Ermənistan vətəndaşları üçün ağır nəticələrə səbəb olacaq.
"Ölkə.az" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və "Vahid Rusiya" partiyasının sədri Dmitri Medvedev bildirib.
Onun sözlərinə görə, Qərb Ermənistana yalnız Rusiyaya qarşı mübarizədə bir alət kimi baxır və Moskva ilə Yerevan arasında sağlam münasibətlərin tərəfdarı olan bütün qüvvələri siyasi meydandan təmizləməkdə maraqlıdır.
Medvedev bildirib ki, onilliklər ərzində qurulan əlaqələrin kəsilməsinin adi vətəndaşlar üçün qaçılmaz ağır nəticələri Aİ ölkələrini qətiyyən maraqlandırmır.
Elvin
Ölkə.az