Medvedev generalın ölümünə görə Ukraynanın hərbisiyasi rəhbərliyini qisasla hədələyib

17.12.2024

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev general-leytenant İqor Kirillovun ölümünə görə Ukraynanın hərbi-siyasi rəhbərliyini qisasla hədələyib.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, o, bu qisasın misilsiz olacağı ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, AFP və "Reuters" öz mənbələrinə istinadən Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillovun Ukrayna xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində öldürüldüyünü yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью