Medvedev İlham Əliyevə başsağlığı VERDİ

28.12.2024

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Redaktor.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

“AZAL”a məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində Azərbaycan və Rusiya, həmçinin bəzi digər ölkələrin vətəndaşlarının həlak olmaları ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Yaralananların tezliklə sağalmalarını arzu edirəm.

Həlak olanların yaxınlarının dərdinə şərik olduğumu bildirirəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью