Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.
Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev mətbuata müsahibəsində söyləyib. O, cari il üçün özünün gözlənilməz proqnozlarını dilə gətirib. Bildirib ki, Avropa İttifaqı (Aİ) hətta Rusiyadan üzr istəyə bilər. Eyni zamanda, NATO-nun mümkün dağılması barədə iddiasını ABŞ-nin bu alyansdan çıxacağı barədə xəbərlərlə əlaqələndirib:
"Yəqin ki, bir çox hadisə kimi bu ssenari də mümkündür".
Xatırladaq ki, yanvarın 26-da Aİ 2027-ci ildən etibarən Rusiyadan mayeləşdirilmiş təbii qazının idxalına qadağa qoyulması barədə qərarı təsdiqləyib. Rəsmi Moskva bu qərarı "son dərəcə ağılsız addım" adlandırıb. Slovakiya və Macarıstan da qadağanı etirazla qarşılayıblar.
FT: "Aİ öz müdafiə strategiyasını yaratmalıdır"
NATO məsələsinə gəlincə isə, Britaniyanın "The Financial Times" qəzeti yanvarın 28-də yazıb ki, Vaşinqtonla Qrenlandiya üzərində qarşıdurma fonunda Aİ liderləri ən ağlasığmaz variantı – ABŞ-nin NATO-dan çıxması ehtimalını nəzərdən keçirməlidirlər. Belə bir variant ittifaqın əksər üzvləri üçün öz həssaslığını qoruyur, amma məsələ ətrafında artıq müəyyən müzakirələr də aparılır:
"Donald Tramp Qrenlandiyanı ələ keçirmək barədə çıxışlarını artırandan bəri vəziyyət daha da pisləşib. ABŞ-nin NATO-da sabiq daimi nümayəndəsi İvo Daalderin fikrincə, Donald Trampın hədə-qorxusu fonunda alyans özünün 77 illik tarixinin ən ağır böhranı ilə üzləşib. Öz növbəsində, müdafiə və kosmos üzrə Avropa komissarı Andrius Kubilius qəzetə açıqlamasında bildirib ki, Avropa İttifaqı öz müdafiə strategiyasını yaratmalı, ən pis ssenariyə hazırlaşmalıdır".
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. "Yəqin ki, bir çox hadisə kimi bu ssenari də mümkündür".