Medvedev onu iblis adlandırdı

14.02.2026

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Almaniyanın silahlı qüvvələrini gücləndirmək planları ilə bağlı açıqlamalara sərt reaksiya verib.

Globalinfo.az xəbər verir ki, o, Almaniya rəhbərliyinin bəyanatlarını şərh edərək tarixi paralellər aparıb və nasist dövrünə istinad edib.

Medvedev sosial şəbəkədəki paylaşımında Almaniya kansleri Fridrix Merzə müraciət edərək yazıb: “İblis, vaxtı səhv tapmısan? İndi 1933-cü il deyil, 2026-cı ildir!”

Medvedevin reaksiyası Merzin 62-ci “Munich Security Conference” çərçivəsində etdiyi çıxışdan sonra səsləndirilib. Almaniya kansleri çıxışında ölkəsinin müdafiə qabiliyyətinin gücləndiriləcəyini və Bundesverin Avropada ən güclü ordulardan birinə çevrilməsinin hədəfləndiyini bildirib.

Tahir Turan
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью