Medvedev Qərb dünyasını tənqid ETDİ

09.06.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Qərbi sanksiya siyasəti səbəbindən Rusiyaya qarşı açıq müharibə aparmaqda ittiham edib.

Redaktor.az bu haqda xarici KİV-ə istinadla xəbər verir.

Medvedev bildirib ki, Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq edildikdən sonra Qərb dünyasının ölkəsinə qarşı açıq müharibəsi başlayıb. Onun sözlərinə görə, Rusiya ən çətin çağırışların öhdəsindən gələ bildiyini və güclü zərbələrə tab gətirməyi bacardığını bütün dünyaya sübut edib.

“Bizi təcrid etmək, zəiflətmək və ya məhv etmək cəhdlərinə baxmayaraq, ölkəmiz güclü və rəqabətqabiliyyətli olaraq qalır. Burada təkcə hərbi gücdən deyil, həm də iqtisadi gücdən söhbət gedir. Biz zərbələrə tab gətirməyi bacarırıq və bu, bütün dünya üçün aydındır”, – deyə Medvedev vurğulayıb.

O əlavə edib ki, Rusiyanın özünütəmin edən iqtisadiyyatı ölkənin inkişafı və rifahının əsasını təşkil edir.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью