Medvedev Qərbi hədələdi: Putin nüvə silahından istifadə edə bilər

23.11.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Rusiya milli təhlükəsizliyini təmin etmək üçün nüvə silahı da daxil olmaqla, malik olduğu bütün vasitələrdən istifadə etmək hüququna malikdir.

Modern.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bəyan edib.

Medvedev bildirib ki, hazırda münaqişə zamanı Rusiyanın nüvə silahından istifadə etməsinə ehtiyac yaranmayıb. Onun iddiasına görə, buna baxmayaraq, Kiyev və Qərb ölkələri artıq belə bir addımın atılması üçün formal əsaslar yaradıblar.

“Fəlakətlərə səbəb olan qeyri-nüvə vasitələrindən kütləvi istifadə Rusiyanın qabaqlayıcı nüvə zərbəsi endirməsini mümkün edir. Qərbin Ukraynaya nüvə silahını gizli və ya məxfi şəkildə tədarük etməsi Rusiyanın qanuni qabaqlayıcı nüvə zərbəsinə səbəb olacaq”, – deyə Təhlükəsizlik Şurası sədrinin müavini vurğulayıb.

O, həmçinin Rusiyanın nüvə silahından istifadə şərtlərinin və bunun hüquqi əsaslarının dəqiq müəyyən edildiyini qeyd edib.

“Yuxarıda təsvir edilən ssenarilər reallaşarsa, dövlət başçısı nüvə silahından istifadə etmək hüququna malik olmaqla yanaşı, buna borcludur”, – Medvedev bildirib.

O əlavə edib ki, Kiyev və onun Qərbdəki himayədarları təhlükəli illüziyalara qapılmamalıdırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью